
“Nazirə sual verirlər ki, niyə müəllim 500-600 maaş alır? O da deyir ki, müəllimləri yazıq hesab etməyin, onlar repetitorluqdan əlavə pul qazanırlar. Ayıb deyil? Hansı dövlətin naziri belə bir söz işlədə bilər?”
Primeinfo.az xəbər verir ki, bunu tarixçi alim Paşa Həsənli Prime TV-nin “Milli fikir” platformasında deyib.
O, elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin aylıq gəliri ilə bağlı söylədiyi fikirləri tənqid edib: “Azərbaycan dövlətinə, insanına, təhsilinə nə münasibətdir belə? Sənin müəllimin repetitorluqla məşğul olub, pul qazanmamalıdır”.
Ətraflı videomaterialda: