
Cənubi Koreya qorxu kinosunun ən gərgin və atmosferik ekran işlərindən biri olan “Qəribə Səslər” artıq “Park Cinema” kinoteatrlarında nümayiş olunur.
Primeinfo.az-a bu barədə kinoteatrlar şəbəkəsindən məlumat verilib.
Filmin süjetinə görə, müəmmalı səslərin bürüdüyü yaşayış binası, izahı olmayan hadisələr və hər keçən an dərinləşən sirr ilə doludur. Bacısının müəmmalı şəkildə yoxa çıxmasının səbəbini araşdıran gənc qadın özünü reallıqla fövqəltəbii aləmin sərhədində tapır. Həqiqətə yaxınlaşdıqca anlayır ki, bəzi səslər sadəcə eşidilmir – onlar insanı dəhşətin tam mərkəzinə aparır.
Psixoloji gərginliyi, qorxu dolu atmosferi və gözlənilməz süjet dönüşləri ilə seçilən “Qəribə Səslər” qorxu janrını sevənlər üçün unudulmaz kino təcrübəsi vəd edir.
Film 18+ yaş məhdudiyyəti ilə nümayiş olunur.
Biletləri buradan əldə edə bilərsiniz: https://new.parkcinema.az/az/movie/6a3d539eafef301ce199d4fb









