Xəbər axtarın

Son axtarış nəticələri:

Mahsun Kırmızıgüldən şok İFADƏ: "Haluk Leventi həbsxanaya özüm təhvil vermişdim" - FOTO -VİDEO

28.07.2026 10:23

Mahsun Kırmızıgüldən şok İFADƏ: "Haluk Leventi həbsxanaya özüm təhvil vermişdim" - FOTO -VİDEO

Türkiyədə “Ahbap” Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində tanınmış simalar – vəkil Feyza Altun və məşhur müğənni Mahsun Kırmızıgül ifadə veriblər.

Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Mahsun Kırmızıgül ifadəsində Haluk Leventlə uzun illərə söykənən münasibətlərindən danışıb. O bildirib ki, Leventin çətin dövrlərində ona maddi və mənəvi dəstək göstəriblər, hətta bir vaxtlar cəzaçəkmə müəssisəsinə şəxsən özləri aparıb təhvil veriblər.

Mahsun Kırmızıgüldən şok İFADƏ: "Haluk Leventi həbsxanaya özüm təhvil vermişdim" - FOTO -VİDEO

 

Kırmızıgül qeyd edib ki, 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı “Ahbap” Dərnəyinin fəaliyyətinə böyük ümid bəsləyib:

“Həmin dövrdə Adıyamana gedərək yardım işlərində iştirak etmişəm, Haluk Leventlə əlaqə saxlamışam və “Ahbap” tərəfindən göndərilən 1500 çadırın bölgədə paylanmasını koordinasiya etmişəm”.

Bununla yanaşı, o, “Ahbap” Dərnəyinə şəxsi ianə etmədiyini və başqalarını da ianəyə təşviq etmədiyini bildirib.

Mahsun Kırmızıgül ifadəsinin sonunda “Ahbap” ətrafında səsləndirilən iddiaların onu dərin məyus etdiyini vurğulayaraq, baş verənlərə görə böyük üzüntü hissi keçirdiyini deyib.

Paylaş: