
“Bu gün Rusiya üçün ən ciddi problem Krımla bağlı yaşanır. Ancaq Vladimir Putin Krımı görməzdən gəlir. Baxmayaraq ki, hazırda Kerç körpüsündə minlərlə növbələr yaranıb. Artıq hərbi, o cümlədən təhlükəsizlik orqanları öz yaxınlarını yarımadadan çıxarıblar”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Natiq Miri Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Politoloq əlavə edib ki, Krımda vəziyyət faciəvi duruma çox sürətlə yaxınlaşır. Ola bilsin ki, yaxın zamanda hərbi cəhətdən də yarımada boşaldıla bilər.
Davamı “Qırmızı masa”da: