
“Kremlin nüvə silahından istifadə etməsi ilə bağlı narahatlıq mövcuddur. Xüsusilə o halda ki, Rusiyanın çarəsi tükənir, ənənəvi silahlarla savaşa bilmir. Hazırda Rusiyanın hərbi-sənaye kompleksi də ciddi şəkildə vurulur və bu da nəticədə silah-sursat ehtiyatlarını azaldır. Demək olar ki, cəbhəboyu yollar Ukrayna ordusunun nəzarətindədir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Düşünürəm ki, Rusiya çarəsiz qaldığı anda nüvə silahından istifadə edə bilər”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: