
“650 manat maaş alan alim axşam evə gedəndə övladına nə desin?”
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
O, sosial şəbəkə fenomenlərinin alimlərdən daha çox pul qazandığını təəssüflə qeyd edib:

“Həmin alimin qızı və ya oğlu baxır ki, hansısa tiktoker, bloger, influyenser Bakının mərkəzində 5 otaqlı mənzil alıb. Təsəvvür edirsiniz, həmin alim hansı hisləri keçirir? O bundan sonra övladına oxumaq ürfandır, elmdir sözünü necə desin?”
Ətraflı videomaterialda: