Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyəli pantomim aktyoru Bakı küçələrində - FOTO

10.07.2026 12:49

Türkiyəli pantomim aktyoru Bakı küçələrində - FOTO
Pantomim aktyoru Ferhat Kılıç paytaxtın mərkəzi küçələrində öz çıxışları ilə Bakı sakinlərini və şəhərin qonaqlarını heyrətləndirir.

Primeinfo.az Photostock.az-a istinadən xəbər verir ki, o, mimika, baxış və jestlər vasitəsilə insanların diqqətini çəkir, yanından keçənlər isə dayanaraq onun performansını izləyirlər.

Türkiyə vətəndaşı Ferhat Kılıç sənətin yalnız səhnədə deyil, küçələrdə də insanlarla görüşməli olduğunu düşünür. Onun fikrincə, küçə sənəti hər kəs üçün əlçatandır və insanlar bu tamaşaları asanlıqla izləmək imkanı qazanırlar. Aktyor bildirib ki, məqsədi insanları güldürməklə yanaşı, onları düşündürmək və fərqli duyğular yaşatmaqdır.

15 ildir dünyanı gəzən Ferhat Kılıç müxtəlif ölkələrdə küçə nümayişləri ilə çıxış edir. O, Azərbaycanı çox sevdiyini və tez-tez Bakıya gəldiyini qeyd edib.

Aktyor Azərbaycanda insanların sənətə böyük maraq göstərdiyini və küçə performanslarını yüksək qiymətləndirdiyini bildirib.

Türkiyəli pantomim aktyoru Bakı küçələrində - FOTO Türkiyəli pantomim aktyoru Bakı küçələrində - FOTO Türkiyəli pantomim aktyoru Bakı küçələrində - FOTO Türkiyəli pantomim aktyoru Bakı küçələrində - FOTO Türkiyəli pantomim aktyoru Bakı küçələrində - FOTO

Paylaş: