
“Dünyada yanacaq doldurma məntəqəsi kimi tanınan bir ölkədə hazırda yanacaq qıtlığı hökm sürür və qonşu ölkələrdən yanacaq idxal etmək barədə düşünür. Bu, Ukraynanın əldə etdiyi ən ciddi nəticədir. Bu mənada qarşıdakı dönəmdə düşünürəm ki, eskalasiya bir qədər də artacaq, Rusiya da cavab verməyə çalışacaq və dağıntılar çox olacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, gərginliyin artmasının nəticələrindən biri də tərəflərin masaya daha sürətli şəkildə gəlməsi olacaq.
Davamı “Qırmızı masa”da: