Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan diasporunun rəhbəri Rusiyadan DEPORTASİYA edildi - VİDEO

17.08.2026 12:37

Azərbaycan diasporunun rəhbəri Rusiyadan DEPORTASİYA edildi - VİDEO

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, B. Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək Rusiya Federasiyasından deportasiya olunub.

Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri B.Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.

Paylaş: