
Məşhur amerikalı aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib.
Primeinfo.az xəbər verir ki, bu barədə ABC aktrisanın atasına istinadla məlumat yayıb.
Onun dəqiq ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, uşaq yaşlarından filmlərə çəkilən H.Panettiere “Qəhrəmanlar” (“Heroes”), “Neşvil” (“Nashville”) və “Fəryad”da (“Scream) yaratdığı rolları ilə daha çox tanınıb.
Hayden Panettiere ukraynalı boksçu Vladimir Kliçkonun keçmiş həyat yoldaşı olub. Onlar 2013-cü ildə nişanlanıblar və 2014-cü ildə Kaya adlı qız övladları dünyaya gəlib. Lakin sonradan ayrılmaq qərarını veriblər və qızları atasının yanında qalıb.











