Xəbər axtarın

Son axtarış nəticələri:

“Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin evdə - VİDEO

10.08.2026 16:35

“Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin evdə - VİDEO

Türkiyənin məşhur “Yaprak Dökümü” serialının baş qəhrəmanlarından olan Ali Rza bəy obrazının ifaçısı, aktyor Halil Ergün illər sonra serialın çəkildiyi tarixi malikanəni ziyarət edib.

Primeinfo.az xəbər verir ki, fotoqraf və kontent yaradıcısı Murad Salahlı aktyorla birlikdə serialın çəkildiyi Beylerbəyində yerləşən məşhur taxta malikanəyə gedib.

Çəkilişlərin başa çatmasından 16 il sonra baş tutan ziyarət Halil Ergünü olduqca duyğulandırıb. Aktyor malikanənin həyətinə daxil olduqdan sonra serialda Ali Rza bəyin ailəsi ilə birlikdə yaşadığı otaqları gəzib, keçmiş günləri xatırlayıb.

O, serialın məşhur səhnələrinin çəkildiyi pilləkənlərdə dayanıb, eyvandan həyətə baxıb və malikanənin müxtəlif guşələrində xatirələrini yada salıb.

Murad Salahlı bildirib ki, ziyarət zamanı Halil Ergün serialın çəkiliş illəri ilə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, görüş həm duyğusal, həm də xoş anlarla yadda qalıb.

M.Salahlı qeyd edib ki, həmin məkana illər sonra qayıtmaq keçmişin xatirələrini yenidən canlandırıb. Aktyorun danışdıqları sayəsində Ali Rıza Tekin obrazı və serialın çəkiliş dövrü bir daha yada düşüb.

Halil Ergünün 16 ildən sonra “Yaprak Dökümü” atmosferinə qayıtması serialın pərəstişkarları üçün də xüsusi nostalji yaşadıb. Ekran işi illər keçməsinə baxmayaraq, aktyorları, süjeti və çəkiliş məkanları ilə tamaşaçıların yaddaşında qalmaqda davam edir.

 

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Murad Salahlı (@1murad.salahli)

 

Paylaş: