Xəbər axtarın

Son axtarış nəticələri:

Ağsuda dağlıq ərazidə yanğın olub - FOTO - VİDEO

28.09.2026 15:02

Ağsuda dağlıq ərazidə yanğın olub - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Primeinfo.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.


Paylaş: