Xəbər axtarın

Son axtarış nəticələri:

ANAMA sədri və agentlik əməkdaşları Zəfər abidəsini ziyarət ediblər - FOTO

27.09.2026 18:04

ANAMA sədri və agentlik əməkdaşları Zəfər abidəsini ziyarət ediblər - FOTO

Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İdarə Heyətinin üzvləri və Agentliyin struktur bölmələrinin rəhbərləri ilə birlikdə Zəfər abidəsini ziyarət edib.

Bu barədə Primeinfo.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin nümayəndələri xatirə daşının önünə gül dəstələri düzərək Vətən müharibəsində qəhrəmancasına döyüşən və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

ANAMA sədri və agentlik əməkdaşları Zəfər abidəsini ziyarət ediblər - FOTO ANAMA sədri və agentlik əməkdaşları Zəfər abidəsini ziyarət ediblər - FOTO

Paylaş: