Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib - FOTO

29.09.2026 19:59

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib - FOTO

Bakı Ekspo Mərkəzində baş tutan “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra görüşlər keçirilib. 

Primeinfo.az bildirir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Belarus Dövlət Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Belarus arasında hərbi,  hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, yeni nəsil texnologiyaların tətbiqi imkanları, müvafiq sahədə təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Paylaş: