Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı aeroportunda 4 milyonluq brilyant ələ keçirildi - FOTO

29.09.2026 13:41

Bakı aeroportunda 4 milyonluq brilyant ələ keçirildi - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan Respublikası vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.

Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin “Qırmızı Kanal”a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.

Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkar edilib. Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.

Faktla bağlı araşdırma aparılır.

Bakı aeroportunda 4 milyonluq brilyant ələ keçirildi - FOTO

Paylaş: