Xəbər axtarın

Son axtarış nəticələri:

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb - FOTO

30.09.2026 14:33

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb - FOTO

Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, bu mərhələdə Xocalı şəhərinə 17 ailə – 78 nəfər, Xocalının Xanyurdu kəndinə 1 ailə – 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 1 ailə – 4 nəfər qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir.

Paylaş: