Xəbər axtarın

Son axtarış nəticələri:

Corcia Meloni: "Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm"

28.09.2026 10:14

Corcia Meloni: "Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm"
İtaliyanın “Eni” şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti “Italiana Petroli” (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəlib.

Primeinfo.az-ın xəbərinə görə, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni məlumat verib.

“Eni”dən sonra IP də ölkə miqyasında yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarına gəlib. Bu, İtaliya ailələrinə göstərilən mühüm diqqət siqnalıdır və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir. Bununla bağlı diqqət göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Bu addım əməkdaşlığımızı gücləndirir”, – deyə Meloni qeyd edib.

Xatırladaq ki, daha əvvəl SOCAR IP paylama şəbəkəsində benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmağa hazır olduğunu açıqlayıb. Şirkət qeyd edib ki, qiymət həddi minlərlə operatoru əhatə edən təchizat zəncirinin davamlılığını təmin etmək zərurəti nəzərə alınmaqla müəyyən olunacaq.

SOCAR vurğulayıb ki, bu, şirkətin İtaliya hökumətinin geosiyasi qeyri-sabitlik və bunun qlobal təchizat zəncirlərinə təsiri səbəbindən altı aydan çoxdur ki, yüksək yanacaq qiymətləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək olmaq çağırışına cavabıdır.

Qiymət məhdudiyyətləri IP şəbəkəsindən başlayaraq mərhələlərlə tətbiq ediləcək.

Paylaş: