
“Xural TV”nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalist Kürdəxanı qəbiristanlığında, qaynatası, qaynanası və qaynının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.
Ə.Zeynallı 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan jurnalist aylarla Türkiyədə müalicə alıb.
Allah rəhmət eləsin!





















