
“Xural” qəzetinin və “Xural” TV-nin rəhbəri Əvəz Zeynallı vəfat edib.
Primeinfo.az xəbər verir ki, bu haqda məlumatı vəkil Rəşad Vaqifoğlu öz sosial şəbəkə platformasında yayıb.
Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu gün səhər saatlarında onun vəziyyəti pisləşmiş və dərhal xəstəxanaya aparılmışdı.
Ə.Zeynallı 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan jurnalist aylarla Türkiyədə müalicə alıb.
Allah rəhmət eləsin!
