Xəbər axtarın

Son axtarış nəticələri:

Hövsanda suyun verilməsində fasilə olacaq

28.09.2026 20:10

Hövsanda suyun verilməsində fasilə olacaq

Suraxanı rayonunun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində su təminatında fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Primeinfo.az-a bildirilib ki, qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Suyun verilişində yaranmış fasilənin təmir işləri başa çatdıqdan sonra aradan qaldırılması nəzərdə tutulur.

Paylaş: