Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Ukraynada avtobusa dron zərbəsi ENDİRDİ: 5 ölü - FOTO

16.09.2026 10:53

Rusiya Ukraynada avtobusa dron zərbəsi ENDİRDİ: 5 ölü - FOTO

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda marşrut avtobusuna pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 5 nəfər ölüb, azı 7 nəfər yaralanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat yayıb.

“Rusiya hərbçiləri avtobusu pilotsuz uçuş aparatı ilə vurublar. Beş nəfər hadisə yerində ölüb. Yaralanan 7 nəfər həkimlərin nəzarəti altındadır və onlara zəruri tibbi yardım göstərilir”, – deyə o bildirib.

Paylaş: