Xəbər axtarın

Son axtarış nəticələri:

Tacikistanın Baş naziri Azərbaycanda - FOTO

25.09.2026 10:56

Tacikistanın Baş naziri Azərbaycanda - FOTO

Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Primeinfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib. Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Tacikistanın Baş naziri Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını da ziyarət edib. H.Əliyevin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib.

Paylaş: