
Azərbaycan regionumuzda yeni əməkdaşlıq formatı və platformasını yaradıb.
Primeinfo.az Xpress.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın hazırda regionda qurduğu və inkişaf etdirdiyi bağlantılar, bu xüsusda Zəngəzur dəhlizi konsepsiyasının inkişaf etdirilməsi regionda yeni imkanlar vəd edir:
“Azərbaycanın təcrübəsində regionda qurulan əməkdaşlıq modeli, eynilə Mərkəzi Asiya ölkələri ilə qurduğu çox sıx əməkdaşlıq və qardaşlıq prinsipi əsasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyə qəbul edilməsi bir daha Azərbaycanın regional mənsubluq, regional liderlik və regional mənsubiyyət prinsipinə nə dərəcədə sadiq olduğunun bariz göstəricisidir”.