
“Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Xuana Esperanza Kastro Santamaria ilə Azərbaycana səfəri zamanı səmərəli müzakirələr apardıq”.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında yazıb.
“Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir. İqtisadi və ticarət, mədəni və humanitar, turizm və insanlararası mübadilə sahələrində əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli potensial mövcuddur.
Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir və biz bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını da müzakirə etdik. Kolumbiya tərəfinə Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk”, – Hikmət Hacıyev əlavə edib.
We held fruitful discussions with Ms. Juana Esperanza Castro Santamaria, Deputy Foreign Minister of Colombia during her visit to Azerbaijan. The current level of political dialogue between our countries is encouraging. There is significant potential to expand cooperation in… pic.twitter.com/dcm8I5dUTK
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 29, 2026