Xəbər axtarın

Son axtarış nəticələri:

Məleykə Abbaszadə BDU-ya rektor oldu

19.11.2026 10:07

Məleykə Abbaszadə BDU-ya rektor oldu

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub.

Qeyd edək ki, Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, Məleykə Abbasadə 2024-cü ildən DİM İdarə Heyətinin sədri vəzifəsini icra edirdi. O, 2016-2024-ci illərdə DİM Direktorlar Şurasının, 2000-2016-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri olub.

Paylaş: