İlham Əliyevin oğlu ilə gəlini hərbi paradda - FOTO
Bakıda Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Prezident İlham Əliyevin ailə üzvləri də iştirak edir.
Bakıda Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Prezident İlham Əliyevin ailə üzvləri də iştirak edir.
Cəbrayıl şəhərində 8 Noyabr – Zəfər Günü qeyd olunub. Primeinfo.az xəbər verir ki, tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub. Cəbrayıl şəhəri, Cocuq Mərcanlı, Horovlu, Ağalı və Məmmədbəyli kənd sakinləri və digər qonaqların qatıldığı tədbirdə incəsənət xadimlərinin təqdimatında bəstəkar və xalq mahnıları səsləndirilib.
Argentinanın paytaxtı Buenos-Ayresdə Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə Primeinfo.az-a Argentina KİV-inə istinadən xəbər verir. Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov bu əlamətdar tarixin ölkəsi üçün əhəmiyyətini qeyd edib.
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş katib özünün “X” hesabında qeyd edib: “8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”. On the occasion of 8 November – Victory Day, I proudly honor the heroism and unity of the Azerbaijani people and Armed Forces, who through the 44-Day Patriotic War ensured the liberation of Shusha and the restoration of territorial integrity and historical justice.🇦🇿#VictoryDay…
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Noyabr – Zəfər Günü ilə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib. Primeinfo.az paylaşımı təqdim edir:
Əfqanıstanın Bakıdakı səfirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Prieinfo.az xəbər verir ki, müvafiq təbrik diplomatik missiyanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda deyilir.
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında paylaşım edib. “5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.
Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri tamamlanıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.
Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümü – Zəfər Günü qeyd olunur.