8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradın başlama vaxtı məlum olub. Primeinfo.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, parad saat 13:00-da start götürəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə keçiriləcək tədbirdə ölkənin müxtəlif qoşun növləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Hərbi Hava və Dəniz Qüvvələri iştirak edəcək.
Mətbuat Şurasının İdarə Heyəti Azərbaycan jurnalistləri adından 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur: “Möhtərəm cənab Prezident, Dövlətimizin rəhbəri və Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik, prinsipial və qətiyyətli siyasətiniz, xalqımızın sarsılmaz iradəsi, dövlət-xalq birliyi, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində müasir tariximizin ən parlaq səhifələrindən birinə çevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü böyük qürurla qeyd edirik. Siz yalnız hərb meydanında deyil, eyni zamanda, diplomatiya və informasiya cəbhələrində aparılan mübarizə nəticəsində qazanılmış bu şanlı Qələbənin əsas memarısınız.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü ilə əlaqədar sosial media hesablarında Zəfər Günü ilə bağlı videoçarx paylaşıb.
8 Noyabr – Zəfər Günü, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində qəbul keçirilib. Primerinfo.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edib. Səfir çıxışında qeyd edib ki, ölkəmiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb.
Ədliyyə Nazirliyində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbir təşkil olunub. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin rəhbərliyi və kollektivi əvvəlcə II Fəxri xiyabanı ziyarət edərək Vətən müharibəsində könüllü iştirak etmiş şəhid ədliyyə qulluqçusu Ruhin Xəlilovun məzarı üzərinə, daha sonra inzibati binada yerləşən barelyefi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzləri tərəfindən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə müxtəlif səpkili silsilə tədbirlər keçirilib. Bu barədə Primeinfo.az nazirlikdən məlumat verilib. Bildirilib ki, tədbirlərdən əvvəl Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin unudulmaz xatirəsi böyük ehtiramla yad olunub.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, həmçinin şöbə və sektor müdirləri, şəhid ailələri və qazilər iştirak ediblər. Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər. Bu barədə DİN-dən Primeinfo.az-a məlumat verilib. Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib.