2026-cı il futbol üzrə dünya çempionatının G qrupunda 2-ci turun Belçika və İran yığmaları arasında keçirilən görüş başa çatıb. Primeinfo.az xəbər verir ki, ABŞ-nin İnglvud şəhərində yerləşən “SoFi” stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 0:0. Matçın baş hakimi argentinalı Dario Errera olub.
İspaniya millisinin vingeri Lamin Yamal futbol üzrə dünya çempionatları tarixində ən gənc qol müəllifləri siyahısında ilk onluğa daxil olub. Primeinfo.az xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı milliləri arasında keçirilən oyunda baş verib. Yamal qarşılaşmanın 10-cu dəqiqəsində hesabı açaraq bu göstərici üzrə argentinalı hücumçu Lionel Messini geridə qoyub.
Futbol üzrə dünya çempionatının İspaniya – Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) F qrupunda Tunis və Yaponiya milliləri arasında 2-ci turun oyunu keçirilib. Primeinfo.az xəbər verir ki, Meksikanın Quadalupe şəhərində baş tutmuş matç yaponların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 0:4.
Futbol üzrə dünya çempionatında E qrupunun növbəti oyunu baş tutub. Primeinfo.az xəbər verir ki, Kanzas-Siti şəhərində Ekvador Kürasao millisi ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb – 0:0.
2026-cı il dünya çempionatının E qrupunda II turun Almaniya – Kot-d’İvuar oyunu başa çatıb. Primeinfo.az xəbər verir ki, Kanadanın Toronto şəhərindəki “BMO Field” stadionunda keçirilən qarşılaşma Almaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Futbol üzrə 2026-cı il Dünya Çempionatı davam edir. Primeinfo.az xəbər verir ki, bu gün axşam saat 21:00-da F qrupunda Niderland İsveçlə qarşılaşacaq. Bu qrupda Tunislə Yaponiya arasındakı görüş sabah səhər saat 08:00-da start götürəcək.
Türkiyə millisinin DÇ-2026 üçün heyəti bəlli olub. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyası açıqlayıb. Heyətdə 26 futbolçu yer alıb.
Bu gün DÇ-2026-nın final mərhələsinin püşkü atılıb.
Bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı il futbol üzrə Dünya Çempionatının (DÇ-2026) qrup mərhələsinin püşkatma mərasimi keçirilir. Primeinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə 48 milli hər qrupda 4 yığma olmaqla 12 qrupa bölünəcək. Püşkatmanın əsas qaydalarına əsasən, hər qrupda eyni konfederasiyadan (UEFA istisna olmaqla) maksimum bir komanda iştirak edə bilər.