Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub edib

22.06.2026 10:50

DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub edib

2026-cı il dünya çempionatında G qrupunun II turuna yekun vurulub.

Primeinfo.az xəbər verir ki, turun son oyununda Yeni Zelandiya millisi Misirlə üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

15-ci dəqiqədə Yeni Zelandiya hesabı açıb. Surmanın qolu ilk hissənin hesabını müəyyənləşdirib: 1:0.

İkinci hissədə Misir geridönüş etməyi bacarıb. Sırasıyla Ziko, Salah, Trezege fərqlənib. Görüş Afrika təmsilçisinin qələbəsiylə başa çatıb: 3:1

G qrupunun digər oyununda Belçika və İran milliləri qolsuz heç-heçə ediblər.

DÇ-2026
G qrupu, II tur
22 iyun

04:00. Yeni Zelandiya – Misir 1:3

Yeni Zelandiya: Krokomb, Peyn, Surman, Boksall, Kakase, Bell, Stameniç, Makkovat, Sinqh, Cast, Vud

Misir: Şobeir, Hani, İbrahim, Fathi, Fatuh, Attia, Laşin, Aşur, Zizo, Salah, Marmuş

 

Paylaş: