Xəbər axtarın

Son axtarış nəticələri:

Elvin Cəfərquliyevlə bağlı "Qarabağ" azarkeşlərinə ŞAD XƏBƏR 

22.06.2026 13:37

Elvin Cəfərquliyevlə bağlı "Qarabağ" azarkeşlərinə ŞAD XƏBƏR 
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev “Qarabağ”la Avstriyadakı təlim-məşq toplanışına yollansa da, onun hələ də klubdan ayrılmaq ehtimalı var.

Primeinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında 25 yaşlı cinah müdafiəçisinin agenti Tural Əsgərov deyib.

O, milli üzvünün transferi üçün çalışmaların davam etdiyini vurğulayıb:

“İşimiz davam edir. Biz onun transferinin gerçəkləşməsinə çalışırıq. “Qarabağ” klubu da buna etiraz etmir. Elvin də getmək istəyir. Mümkün ola biləcək təkliflər dəyərləndiriləcək. Hər şey düzgün alınsa, Elvin yeni mövsümə başqa komandada, ölkə xaricində və ya Avropada başlayacaq. Alınmasa, bizi qane etməyən təklif olsa, müqaviləsi var və klubda qalacaq”.

T.Əsgərov E.Cəfərquliyevin daha əvvəl klub tərəfindən cəzalandırılıdığını xatırladıb:

“Elvin Cəfərquliyev klub tərəfindən cəzalandırılmışdı və əsas komandada məşq etmək hüququnu itirmişdi. Hesab etdilər ki, oyunçunun komandada olması daha doğrudur. Elvin komandada qala və ya ayrıla bilər. Hər iki variant mümkündür. Hər iki hal üçün futbolçunun məşq edib normal formada olması daha yaxşıdır. Nəzərə alaq ki, Elvin Cəfərquliyevin klubla qüvvədə olan müqaviləsi var”.

Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.

 

 

Paylaş: