
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün İsveçrədə İslamabad memorandumu çərçivəsində texniki danışıqların başladığını təsdiqləyib.
Primeinfo.az-ın xəbərinə görə, Bəqai bu barədə İRNA-ya müsahibəsində bildirib.
Bəqai deyib ki, danışıqlarda İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Kazım Qəribabadi rəhbərlik edir.
İran XİN sözçüsü qeyd edib ki, danışıqlar bazar günü Bürgenstokda İran və ABŞ nümayəndə heyətləri arasında Pakistan və Qətərin iştirakı ilə keçirilən yüksək səviyyəli məsləhətləşmələrin davamı olaraq təşkil edilir.
O əlavə edib ki, vasitəçilərin birgə bəyanatına əsasən, texniki işçi qrupları nüvə məsələsi, sanksiyalar, monitorinq və mübahisələrin həlli mövzularına fokuslanacaq və danışıqlar həftənin sonunadək İsveçrədə davam edəcək.