Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna Krımı vurdu: 4 ölü, 28 yaralı

21.06.2026 12:32

Ukrayna Krımı vurdu: 4 ölü, 28 yaralı

Ukrayna ordusu Krım və Krasnodara kütləvi zərbələr endirib.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Krımdakı Kerç limanına zərbələr endirilib.

“Bu səhər Kerçdə dronların kütləvi hücumu baş verib və partlayışlar şəhərin hər yerində eşidilib. Limanda zərbə qeydə alınıb”, – məlumatda qeyd olunub.

Zərbələr nəticəsində limanda güclü yanğının baş verdiyi bildirilib.

Krasnodar diyarındakı “Qafqaz” limamı da zərbələrə məruz qalıb. Nəticədə limanda partlayışlart baş verib.

10:42
***

Kerçə edilən hücum nəticəsində 4 nəfər ölüb, 28 nəfər yaralanıb.

Bu barədə Krım rəhbəri Sergey Aksyonov məlumat verib.

Bundan başqa, endirilən zərbələr nəticəsində Sevastopol, Aluşta, Krasnoperekopsk, Armyansk və Novaya Yaltada elektrik enerjisinin verilişi dayandırılıb. Mobil rabitə əlaqəsi ilə də bağlı problemlər yaranıb.

Bildirilib ki, Kerçdəki neft məhsullarının daşınması və saxlanması kompleksi hələ də yanır.

Paylaş: