Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: Belçika və İran oyununda qalib müəyyənləşmədi

22.06.2026 01:33

DÇ-2026: Belçika və İran oyununda qalib müəyyənləşmədi

2026-cı il futbol üzrə dünya çempionatının G qrupunda 2-ci turun Belçika və İran yığmaları arasında keçirilən görüş başa çatıb.

Primeinfo.az xəbər verir ki, ABŞ-nin İnglvud şəhərində yerləşən “SoFi” stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 0:0.

Matçın baş hakimi argentinalı Dario Errera olub.

Görüşün 25-ci dəqiqəsində Mehdi Taremi İran millisinin heyətində hesabı açıb. Lakin VAR sisteminə baxışdan sonra qol ləğv edilib.

67-ci dəqiqədə Belçika yığmasının futbolçusu Natan Nqoy qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra Belçika və İranın aktivində 2 xal var. Yeni Zelandiya və Misirin isə hərəyə 1 xalı mövcuddur.

Paylaş: