
Qazaxıstanda idman zalında bir qadının çantasında olan portativ şarj cihazı (powerbank) qəfil partlayıb.
Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə Pavlodar şəhərində baş verib.
Görüntülər təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kadrlarda çantadan tüstü çıxdığı, daha sonra isə partlayış nəticəsində alovun yayıldığı görünür.
Qadın panik vəziyyətdə çantasını yerə ataraq özünü alovdan uzaqlaşdırmağa çalışıb.
İdman zalının əməkdaşları dərhal müdaxilə edərək yanğını söndürməyə nail olublar.
“Qadının saçları yanıb və bədəninin müxtəlif yerlərində yüngül yanıq xəsarətləri alıb. Onun vəziyyəti stabildir”, – deyə bildirilib.
Kazakistan'da bir kadının çantasındaki powerbank patladı, vücudunda yanıklar oluştu. pic.twitter.com/rzp4EKpncO
— TRT HABER (@trthaber) June 18, 2026