DÇ-2026-nın seçmə mərhələsində D qrupunun son matçı Azərbaycan-Fransa oyununa maraq böyükdür. Primeinfo.az xəbər verir ki, oyun üçün satışa çıxarılan bütün biletlər alınıb. Tamaşaçı tutumu 31 200 nəfər olan Tofiq Bəhramov adına Respublika stadionu tam dolu olacaq.
İspaniyanın “Barselona” klubu iki müdafiəçini transfer etmək istəyir. Primeinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub Almaniya təmsilçiləri “Bavariya”dan Dayot Upamekano və “Borussiya”dan (Dortmund) Niko Şlotterbeki heyətinə qatmağı düşünür. 25 yaşlı N.Şlotterbek “Borussiya” ilə 2027-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edərsə, “Barselona”ya 40 milyon avro qarşılığında keçə bilər.
Futbol üzrə milli komandasının heyətində dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, millimizin üzvü Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb. Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
“Napoli” – “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxır. Primeinfo.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidmətindən bildirilib. UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Qarabağ” matçını Neapol şəhərindəki “Stadio Diego Armando Maradona”da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.
İspaniyanın “Barselona” klubu “Liverpul”un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberxin transferi ilə ciddi maraqlanır. Primeinfo.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. Məlumata görə, Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün İngiltərə klubuna 50 milyon avro təklif etməyə hazırlaşır və bu məbləğin danışıqların başlanması üçün kifayət edəcəyinə inanır.
Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirakı müəyyən edilən 102 futbolçunu cəzalandırıb. Primeinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Cəzalandırılanlar arasında müxtəlif klublarda çıxış edən futbolçular var.
Azərbaycan millisinin formasını geyinmiş Mərt Çelik futboldan kənarlaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Futbolçunun əzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub.
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb. Primeinfo.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən B qrupunun matçında rəqib komanda 89:87 hesablı qələbəyə sevinib.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Bleker qurumun mətbuat xidmətinə açıqlama verib. Komitə sədri “Şamaxı” – “İmişli” (1:0), “Sumqayıt” – “Qəbələ”(2:0), “Araz-Naxçıvan” – “Karvan-Yevlax” (2:1), “Sabah” – “Kəpəz” (3:1), “Zirə” – “Turan Tovuz” (0:0) və “Qarabağ” – “Neftçi” (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.
Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb. Primeinfo.az xəbər verir ki, matç Monteneqrodan olan hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Nikola Dabanoviç olacaq.