İspaniyanın “Barselona” klubunun futbolçusu Fermin Lopes iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Primeinfo.az “Marca”ya istinadən xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub. İspaniyalı oyunçu bu gün məşqdə sağ ayağından zədə alıb.
Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo dünya çempionatına vəsiqə qazanan milli komanda üzvlərinə xüsusi saatlar hədiyyə edib. Primeinfo.az xəbər verir ki, saatlar Portuqaliya bayrağının rənglərini əks etdirir. Məlumata görə, Ronaldo avtomobil qəzasında həyatını itirən sabiq yığma üzvü Dieqo Jotanın ailəsinə Portuqaliyanın Millətlər Liqasındakı qələbəsini xatırladan bir saat hədiyyə edib.
Neapolda “Napoli” (İtaliya) və “Qarabağ” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu başlayıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq “Napoli” (İtaliya) və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb. Primeinfo.az xəbər verir ki, “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-də başlayacaq. Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar: Napoli Coach: Antonio Conte 32 Milinković-Savić (GK) 4 Buongiorno 7 Neres 8 McTominay 13 Am.
İtaliya mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində bu gün keçiriləcək “Napoli” – “Qarabağ” oyununun pis hava şəraiti səbəbindən təxirə salına biləcəyini yazıb. Primeinfo.az İtaliya KİV-nə istinadən xəbər verir ki, matçın keçiriləcəyi Neapol şəhərində yağışlı hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Bölgədə yağıntının artması, leysan və güclü ildırım gözlənilir ki, bu da hidrogeoloji qeyri-sabitlik və daşqın riski də daxil olmaqla, bir çox ciddi fəsadlara gətirib çıxara, güclü külək açıq sahil xətləri boyunca qasırğa dalğalarına səbəb ola bilər.
“Qarabağ”la görüş tam fərqli olacaq”. Primeinfo.az xəbər verir ki, bu sözləri İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə “Qarabağ”la keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib. Mütəxəssis “Qarabağ”ı UEFA Çempionlar Lqiasının sürpriz komandası adlandırıb: “Qarabağ” turnirin ən maraqlı və gözlənilməz komandalarından biridir.
“Qarabağ”a qarşı matçda diqqətli olmaq lazımdır. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə “Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liasının Liqa mərhələsində “Qarabağ”a qarşı matçdan əvvəl mətbuat konfransında deyib. Mütəxəssis “Qarabağ”ı UEFA Çempionlar Lqiasının sürpriz komandası adlandırıb: “Atalanta” üzərində qələbə bizə yaxşı cavablar verdi, “Qarabağ”a diqqətli olmaq lazımdır.
Sabah UEFA Çempionlar Liqasında Liqa mərhələsinin növbəti oyunları keçiriləcək. Primeinfo.az xəbər verir ki, Azərbaycanın diqqəti İtaliyaya yönələcək. Burada yerli “Napoli” “Qarabağ”ı qəbul edəcək.
[caption id="attachment_20575" align="alignnone" width="915"] Screenshot[/caption] Türkiyə Super Liqasında XII tura start verilib. Primeinfo.az xəbər verir ki, lider “Qalatasaray” evdə “Gençlerbirliyi”ni qəbul edib. Gərgin keçən matçda meydan sahibləri 3:2 qələbə qazanıb.
Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Primeinfo.az-ın məlumatına görə, günün ikinci matçında “Zirə” “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.