“Şamaxı”nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb. Primeinfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 5 il azadlıqdan məhrum edilib. Amma ona 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub.
Türkiyə futbolunda mərc ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində məsuliyyətə cəlb edilən 20 nəfər həbs edilib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, məhkəmə aralarında hakim Zorbay Küçük, futbolçular Salih Malkoçoğlu və Tolqa Kalenderin də olduğu 19 şübhəlini sərbəst buraxıb. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada bir sıra futbol hakimləri, oyunçular və klub rəsmilərinin də mərc fəaliyyətlərinə qarışdığı iddia olunur.
İspaniyanın “Real” klubunun futbolçusu Eder Militao 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq. Primeinfo.az yerli mətbuata istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin La Liqanın XV turunda “Selta” ilə matçda zədələnməsi səbəb olub. Braziliyalı oyunçunun sol ayağındakı zədəsinin ciddi olduğu aşkarlanıb.
Türkiyədə futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılan keçmiş hakim və şərhçi Ahmet Çakar sərbəst buraxılıb. Primeinfo.az xəbər verir ki, bu barədə TGRT Haber məlumat yayıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun təyinatları bəlli olub. Primeinfo.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək.
“Qarabağ” – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İTV məlumat yayıb. “Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb.
İspaniyanın “Real” (Madrid) komandasının sol cinah müdafiəçisi Ferlan Mendi yaşıl meydanlara qayıtdıqdan cəmi bir həftə sonra növbəti dəfə zədənib. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı fransalı futbolçu sağ budundan zədə alıb və onun vəziyyəti ilə bağlı bərpa prosesinin müddəti sonradan müəyyənləşdiriləcək.
Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyununu keçirib. Primeinfo.az xəbər verir ki, millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə qarşılaşıb. Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyanın “Real” (Madrid) klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib. Primeinfo.az UEFA-ya istinadən xəbər verir ki, fransalı futbolçu Liqa mərhələsinin V turunda “Olimpiakos”a (Yunanıstan) qarşı matçda 4 qol vurmaqla komandasının qələbəsində əsas pay sahibi olub. Qeyd edək ki, mükafata həmçinin Seru Qirassi (“Borussiya”, Dortmund, Almaniya), Pyer-Emerik Aubameyanq (“Marsel”, Fransa) və Vitinya (PSJ) namizəd idi.