Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: futbol

İngiltərə klubunun futbolçusu 9 oyunluq diskvalifikasiya edilib

İngiltərə klubunun futbolçusu 9 oyunluq diskvalifikasiya edilib

İngiltərənin səviyyəcə ikinci liqası sayılan Çempionşip təmsilçisi “Preston”un futbolçusu Milutin Osmaiç 9 oyunluq diskvalifikasiya edilib. Prineinfo.az İngiltərə Futbol Assosasiyasına istinadən xəbər verir ki, monteneqrolu hücumçunun cəzalanmasına səbəb həmkarını irqi zəmində təhqir etməsi olub. Hücumçu bu ilin fevralında keçirilən çempionat matçında Tunis millisinin və “Börnli”nin yarımmüdafiəçisi Hannibal Meybriyə qarşı irqçi ifadələr işlədib.

Arda Gülər ayın ən yaxşısı adına layiq görülüb

Arda Gülər ayın ən yaxşısı adına layiq görülüb

İspaniyanın “Real” klubunun türkiyəli futbolçusu Arda Gülər komandada ötən ayın ən yaxşısı adına layiq görülüb. Primenifo.az  xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin 20 yaşlı yarımmüdafiəçisi oktyabrda bütün turnirlərdə 4 matçda iştirak edib 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Misli Premyer Liqasında XI turun növbəti oyunu baş tutdu

Misli Premyer Liqasında XI turun növbəti oyunu baş tutdu

Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Primeinfo.az-ın məlumatına görə, günün ikinci matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Fransa millisi Azərbaycanla oyun üçün heyəti - AÇIQLADI

Fransa millisi Azərbaycanla oyun üçün heyəti - AÇIQLADI

Fransa milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Primeinfo.az xəbər verir ki, ikiqat dünya çempionlarının baş məşqçisi Didye Deşam yığmaya 24 futbolçu dəvət edib: Qapıçılar: Lik Şevalye , Mayk Menyan , Bryis Samba Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni,Uorren Zair-Emri Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram Qeyd edək ki, Fransa yığması noyabrın 13-də Ukraynanı qəbul edəcək, 3 gün sonra isə Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

Qurban Qurbanov: “Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - FOTO

Qurban Qurbanov: “Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - FOTO

“Qarabağ” dünən UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni (İngiltərə) qəbul edib. Primeinfo.az Komanda.az-a istinadən xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Q.Qurbanov oyunçularının azərbaycanlı xarakteri göstərdiklərini bildirib: “Öncə azarkeşlərimizi təbrik etmək istəyirəm.

Avropa Liqası: IV turun oyunları başlayır

Avropa Liqası: IV turun oyunları başlayır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin IV tur oyunları keçiriləcək. Primeinfo.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” Çexiyada “Viktoriya” ilə üz-üzə gələcək. Qeyd edək ki, V turun oyunları noyabrın 27-də keçiriləcək.

"Qarabağ"dan azarkeşlərə müraciət: stadiona erkən gəlin!

"Qarabağ"dan azarkeşlərə müraciət: stadiona erkən gəlin!

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakı İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycan çempionu matçı izləmək üçün fanatları stadiona erkən gəlməyə çağırıb: “Bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Metro saat 01:00-a qədər işləyəcək

Metro saat 01:00-a qədər işləyəcək

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC noyabrın 5-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək.

Bu gün “Qarabağ” – “Çelsi” oyunu var

Bu gün “Qarabağ” – “Çelsi” oyunu var

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ” – “Çelsi” oyunu keçirkləcək. Primeinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Qeyd edək ki, görüşü Avstriyadan olan hakimlər idarə edəcək.

Ronaldodan şok açıqlama: “Tezliklə karyeramı başa vuracağam”

Ronaldodan şok açıqlama: “Tezliklə karyeramı başa vuracağam”

Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo tezliklə karyerasını sonlandıracağını açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə o, jurnalist Piers Morqana verdiyi müsahibədə deyib. Morqan 40 yaşlı Ronaldodan hansı yaşda karyerasını bitirəcəyi barədə fikri olub-olmadığını soruşub.