Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: Qrup mərhələsinin ikinci turu başlayır

18.06.2026 10:23

DÇ-2026: Qrup mərhələsinin ikinci turu başlayır
Futbol üzrə dünya çempionatında ikinci tura start verilir.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol azarkeşlərini bir-birindən gərgin və maraqlı qarşılaşmalar gözləyir.

Günün maraqlı duellərindən biri A qrupunda mübarizə aparan Çexiya və CAR yığmaları arasında reallaşacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.

Eyni qrupda, həmçinin Meksika və Cənubi Koreya milliləri də güclərini sınayacaqlar. Bu mübarizəyə iyunun 19-da səhər saat 05:00-da start veriləcək.

B qrupunda yer alan komandaların mübarizəsinə gəldikdə, iyunun 18-də saat 23:00-da İsveçrə və Bosniya və Herseqovina milliləri, iyunun 19-da saat 02:00-da isə Kanada və Qətər yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

II tur

A qrupu

18 iyun

20:00. Çexiya – Cənubi Afrika

19 iyun

05:00. Meksika – Cənubi Koreya

B qrupu

18 iyun

23:00. İsveçrə – Bosniya və Herseqovina

19 iyun

02:00. Kanada – Qətər

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.

Paylaş: