UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu – 8-ci turunda “Liverpul”la qarşılaşmaq üçün İngiltərəyə səfər edən “Qarabağ” Liverpul şəhərindən maraqlı görüntülər paylaşıb. “TodayBaku” xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi instaqram səhifəsində paylaşılan görüntülərdə Liverpulun tarixi küçələri, müasir memarlıq nümunələri və şəhərin futbol atmosferi əks olunub. Xatırladaq ki, “Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da məşhur “Enfild Roud” stadionunda keçiriləcək.
“Məşhur futbolçu Kriştianu Ronaldu karyerasını başa vurmağa hazırlaşır. 2026/2027 onun son mövsümü olacaq”. Primeinfo.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs bildirib.
“Qarabağın” kolumbiyalı hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının liqa mərhələsində “Ayntraxta” qarşı oyunun ən yaxşısı seçilib. Primeinfo.az xəbər verir ki, oyun bitdikdən sonra ona mükafat təqdim edilib. Qeyd edək ki, matç “Qarabağın” 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” komandası ilə keçiriləcək qarşılaşma öncəsi son məşqinə çıxıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu sonuncu məşqlə hazırlıqlarını tamamlayıb. Qeyd edək ki, Ağdam təmsilçisi bu oyuna qədər keçirdiyi son 5 matçda 2 qələbə və 1 heç-heçə əldə edib.
“Qarabağ” və “Ayntraxt Frankfurt” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb. Primeinfo.az xəbər verir ki, matç İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Sandro Şarer olacaq.
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununda qələbə qazanıb. Primeinfo.az xəbər verir ki, “Gloria Sports Arena”da Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşan “köhlən atlar” oyunu 5:0 hesablı qələbə ilə başa vurublar. “Qarabağ”ın heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.
Futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçirilib. Primeinfo.az xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər – “Qalatasaray” və “Fənərbağça” qarşılaşıb. Atatürk Olimpiya Stadionunda oynanılan matç “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mançester Siti” və “Ekseter Siti” komandaları arasında 2025/2026 İngiltərə Kubokunun III tur matçına yekun vurulub. Primeinfo.az xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda keçirilən qarşılaşma “Mançester Siti”nin qələbəsi ilə başa çatıb. Belə ki, Pep Qvardiolanın yetirmələri 10:1 hesabla rəqiblərini darmadağın edib.
“Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb. Primeinfo.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb. Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Fənərbaxça” klubu “Beşiktaş”la yollarını ayıran Türkiyə milli komandasının qapıçısı Mert Günokun transferini elan edib. Primeinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 36 yaşlı qolkiper ilə 2,5 illik müqavilə imzalayıb. Bu keçidlə M.