Türkiyənin “Beşiktaş” klubunda ayrılıq gerçəkləşib. Primeinfo.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, İstanbul təmsilçisi Qabriel Paulista ilə yollarını ayırıb.
[caption id="attachment_34968" align="aligncenter" width="2048"] Türkiyənin “Fənərbağça” klubu qış transfer pəncərəsində növbəti futbolçunu heyətinə qatıb.[/caption] Primeinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Metteo Genduzinin keçidi üçün “Latsio” ilə anlaşıb. Razılığa əsasən, Türkiyə nəhəngi İtaliya klubuna 28 milyon avro təzminat ödəyəcək. Fransa millisinin üzvü olan yarımmüdafiəçinin yaxın günlərdə İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
İngiltərənin “Çelsi” komandası yeni baş məşqçisini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Zadəganlar” yerli mütəxəssis Liam Rosenyorla razılığa gəlib.
Bu gün Türkiyə Superkubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək. Primeinfo.az xəbər verir ki, Yeni Adana stadionunda keçiriləcək “Fənərbağça” – “Samsunspor” oyununa Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Qeyd edək ki, bu mərhələnin ilk oyununda “Qalatasaray” “Trabzonspor”a 4:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim istefaya göndərilib. Primeinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. Onun sözlərinə görə, portuqaliyalı mütəxəssislə yolların ayrılması ilə bağlı qərar bu gün qəbul olunub.
“Fənərbaxça” qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib. Primeinfo.az xəbər verir ki, klub “Samsunspor”un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb. Bu transfer “Fənərbaxça”ya 5 milyon avroya başa gəlib.
FIFA Dubay İdman Şurası ilə birlikdə ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib. Primeinfo.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. İlk mükafatlandırma mərasimi 2026-cı ildə keçiriləcək.
“Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2009-cu ildən ilk dəfə olaraq bir təvqim ilində het-trikə imza atmayıb. Primeinfo.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. Bildirilir ki, portuqaliyalı ulduz futbolçu bütün karyerası ərzində 66 dəfə het-triki rəsmiləşdirib.
Məşhur “Transfermarkt” portalı 2025-ci ilin ən dəyərli qapıçılarının adlarını açıqlayıb. Primeinfo.az xəbər verir ki, reytinqə İngiltərənin “Mançester Siti” klubunda çıxış edən italiyalı qolkiper Canluici Donnarumma başçılıq edir. Onun dəyəri 45 milyon avro qiymətləndirilir.
İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal Avropada 2025-ci ilin ən yaxşı cinah oyunçusu seçilib. Primeinfo.az xəbər verir ki, bu barədə “WhoScored” statistik portalı siyahı açıqlayıb. Avropanın “Top-5” liqasında çıxış edən futbolçuların siyahısına 8,34 xalla Lamin Yamal başçılıq edir.