DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Primeinfo.az-ın məlumatına görə, raundun yarımfinal mərhələsində üz-üzə gələcək millilər bəlli olub. Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək.
İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek futbolda mərc oyunları ilə bağlı aparılan istintaqa münasibət bildirib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu günə kimi 6 hakim, bir klub prezidenti və bir jurnalist saxlanılıb, istintaqa futbolçular da cəlb olunub. Baş prokurorun sözlərinə görə, onların apardığı araşdırma ilə Türkiyə Futbol Federasiyasının araşdırması fərqlidir: “Peşəkar Futbol İntizam Qurumu tərəfindən cəzalandırılmış futbolçularla bağlı araşdırmanın başlanmasından söhbət gedə bilməz.
Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci il üçün qitənin ən yaxşı futbolçusunu müəyyənləşdirib. Primeinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransanın PSJ klubunun və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi layiq görülüb. O, 1998-ci ildən bəri bu mükafatı qazanan ilk mərakeşli futbolçu olub.
Bu gün DÇ-2026-nın seçmə mərhələsində pley-off oyunlarının püşkü atılacaq. Primeinfo.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Tədbirdə Türkiyə milli komandasının da rəqibi bəlli olacaq.
Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib. Primeinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb. Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kobbi Meynu müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqları dayandırıb. Primeinfo.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı ingiltərəli yarımmüdafiəçi daha çox forma şansı qazanmaq üçün qışda İtaliya təmsilçisi “Napoli”yə keçmək istəyir. O, bu səbəbdən danışıqları dayandırıb.
“Qarabağ” UEFA Çempionlar Liqasında səfərdə qarşılaşacağı “Napoli” (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib. Primeinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq. Hazırda Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər “iTicket.az” portalından onlayın bilet əldə edə bilərlər.
Daha iki ölkənin futbol yığması 2026-cı il Dünya Çempionatının (DÇ) final mərhələsinə vəsiqə qazanıb. Primeinfo.az xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində ötən gün keçirilən oyunlardan sonra Portuqaliya və Norveç milli komandaları mundialda iştirak hüququ əldə ediblər. Portuqaliya seçməsi doğma meydanda Ermənistanı 9:1 hesabı ilə məğlub edib, Norveç isə səfərdə İtaliyaya 4:1 hesabı ilə qalib gəlib.
DÇ-2026-nın seçmə mərhələsində D qrupunun son matçı Azərbaycan-Fransa oyununa maraq böyükdür. Primeinfo.az xəbər verir ki, oyun üçün satışa çıxarılan bütün biletlər alınıb. Tamaşaçı tutumu 31 200 nəfər olan Tofiq Bəhramov adına Respublika stadionu tam dolu olacaq.
İspaniyanın “Barselona” klubu iki müdafiəçini transfer etmək istəyir. Primeinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub Almaniya təmsilçiləri “Bavariya”dan Dayot Upamekano və “Borussiya”dan (Dortmund) Niko Şlotterbeki heyətinə qatmağı düşünür. 25 yaşlı N.Şlotterbek “Borussiya” ilə 2027-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edərsə, “Barselona”ya 40 milyon avro qarşılığında keçə bilər.