
“Qarabağ” klubu macarıstanlı futbolçu Bense Varkonyinin transferini açıqlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ” futbol klubunun formasını geyinəcək.
“MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib. Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində komandamızın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub”, – deyə məlumatda qeyd edilir.