
Futbol üzrə DÇ-2026-da 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu günün proqramında üç qarşılaşma yer alıb.
İlk oyun Bakı vaxtı ilə saat 21:00-da Kot-d’İvuar və Norveç yığmaları arasında baş tutacaq. Gecə saatlarında isə Fransa İsveçlə, Meksika Ekvadorla qarşılaşacaq.
DÇ-2026, 1/16 final mərhələsi
30 iyun
21:00 Kot-d’İvuar – Norveç
1 iyul
01:00 Fransa – İsveç
05:00 Meksika – Ekvador
Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay və Marakeş yığmaları 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, dünya çempionatı-2026 iyulun 19-da başa çatacaq.