Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq

09.06.2026 10:53

Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.

Primeinfo.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.

Paylaş: