Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək. Primeinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Günün yeganə görüşündə “Zirə” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək.
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Primeinfo.az xəbər verir ki, Türkiyənin “Samsunspor” komandası evdə Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcək. İlk görüşdə Samsun təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Nyukasl”la qarşılaşacaq. Primeinfo.az xəbər verir ki, saat 21:45-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar: “Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina. “Nyukasl”: Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
“Sabah” iki futbolçusu ilə yollarını ayırıb. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın lideri qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla vidalaşıb.
İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe La Liqada Kriştianu Ronaldu, Lionel Messi və Luis Suaresin nailiyyətini təkrarlayıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna XXIII turda “Valensiya”nı səfərdə məğlub etdikləri matçda fərqlənməklə nail olub. Fransalı forvard cari mövsüm çempionatda meydana çıxdığı 22 matçda 23 qola imza atıb.
Misli Premyer Liqasında baş tutan “Sumqayıt” – “Zirə” (2:3) matçında qəribə hadisə qeydə alınıb. Primeinfo.az xəbər verir ki, “Zirə”nin heyətində iki futbolçunun geyimi azarkeşlərin diqqətindən qaçmayıb. Belə ki, komandanın müdafiəçiləri Anqe Mutsinzi və Enrike Gelain meydanda bir-birilərinin nömrələrini daşıyan şortlarla mübarizə aparıblar.
Ukraynanın “Şaxtyor” (Donetsk) futbol klubunun türk baş məşqçisi, keçmiş ulduz futbolçu Arda Turanla Ukrayna futbolunun əfsanəvi təmsilçilərindən olan, hazırda milli komandaya baş məşqçilik edən Sergey Rebrov görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu öz “Facebook” profilində bildirib. Onun sözlərinə görə, Arda Turan qısa müddətdə gülər üzü və sayğılı münasibəti ilə Ukraynada böyük hörmət qazanıb.
Bu gün Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, matçın keçiriləcəyi Şamaxı Şəhər Stadionunun ot örtüyü qarla örtülüb. Gecədən yağan qar süni meydançanı tamamilə örtüb.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Primeinfo.az xəbər verir ki, ilk oyun günündə səfərdə “Sumqayıt”la qarşılaşan “Zirə” heç-heçəyə razılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda hesab açılamyıb.