Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. “İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə matç üçün 5-30 manat arasında dəyişir.
İtaliyanın “İnter” klubu “Komo”da çıxış edən futbolçu Niko Pası heyətinə cəlb etmək istəyir. Primeinfo.az xəbər verir ki, Milan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro təklif etməyə hazırdır. Klub artıq argentinalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Mahir Emreli Azərbaycan millisinin düşərgəsindən qayıtdıqdan sonra klubda hücumçu ilə bağlı iclas keçirilib. Primeinfo.az Futbolinfo.az-a istinadən xəbər verir ki, iclasda klub idarəçiləri, forvardın menecerləri və baş məşqçi iştirak edib. Müzakirə olunan məsələ isə Mahirin Kayzerslautern təmsilçisinin heyətində niyə meydana çıxmaması və baş məşqçinin ona hansı səbəbdən şans verməməsi olub.
Misli Premyer Liqasının VIII turunda bu gün daha iki görüş baş tutacaq. Primeinfo.az xəbər verir ki, “Qəbələ” Qubada “İmişli” ilə qarşılaşacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.
Misli Premyer Liqasının VIII turunda “Qarabağ” “Turan Tovuz”u məğlub edib. Primeinfo.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib.
Azərbaycan Premyer Liqasında 11-ci tur “Zəfər turu” adlanacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
“Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Bu da var ki, rəqibin heyətində Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu yer alıb”. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu ilk milyarder futbolçu olub. Primeinfo.az “Bloomberg”ə istinadla xəbər verir ki, 40 yaşlı forvardın hazırkı sərvəti 1,4 milyard avro təşkil edir. Futbolçu bir müddət öncə Səudiyyə klubu ilə dəyəri 400 milyon avrodan çox olan 2 illik yeni müqavilə imzalayıb.
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada “Atletik”ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb. Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər.
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde yaxın günlərdə Uruqvay millisinin keçiriəcəyi yoxlama görüşlərində iştirak etməyəcək. Primeinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Uruqvaylı futbolçunun milliyə çağırılmaması sağlamlıq problemləri ilə bağlı deyil.