Fransa milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Primeinfo.az xəbər verir ki, ikiqat dünya çempionlarının baş məşqçisi Didye Deşam yığmaya 24 futbolçu dəvət edib: Qapıçılar: Lik Şevalye , Mayk Menyan , Bryis Samba Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni,Uorren Zair-Emri Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram Qeyd edək ki, Fransa yığması noyabrın 13-də Ukraynanı qəbul edəcək, 3 gün sonra isə Bakıda Azərbaycan yığmasının qonağı olacaq.
“Qarabağ” dünən UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni (İngiltərə) qəbul edib. Primeinfo.az Komanda.az-a istinadən xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Q.Qurbanov oyunçularının azərbaycanlı xarakteri göstərdiklərini bildirib: “Öncə azarkeşlərimizi təbrik etmək istəyirəm.
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin IV tur oyunları keçiriləcək. Primeinfo.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” Çexiyada “Viktoriya” ilə üz-üzə gələcək. Qeyd edək ki, V turun oyunları noyabrın 27-də keçiriləcək.
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakı İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycan çempionu matçı izləmək üçün fanatları stadiona erkən gəlməyə çağırıb: “Bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC noyabrın 5-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ” – “Çelsi” oyunu keçirkləcək. Primeinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Qeyd edək ki, görüşü Avstriyadan olan hakimlər idarə edəcək.
Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo tezliklə karyerasını sonlandıracağını açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə o, jurnalist Piers Morqana verdiyi müsahibədə deyib. Morqan 40 yaşlı Ronaldodan hansı yaşda karyerasını bitirəcəyi barədə fikri olub-olmadığını soruşub.
Fransanın PSJ klubunun hücumçusu Dezire Due “Qızıl oğlan” mükafatının sahibi olub. Pprimeinfo.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan “Tuttosport” nəşri məlumat yayıb. Ötən mövsümdə Due PSJ ilə birlikdə Fransa çempionu, ölkə kubokunun sahibi və Çempionlar Liqasının qalibi olub.
Misli Premyer Liqasında X tura yekun vurulub. Primeinfo.az-ın məlumatına görə, sonuncu matçda “Sabah” “Qəbələ”ni qəbul edib. “Bank Respublika Arena” keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub. Primeinfo.az xəbər verir ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.