Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: futbol

“Real”ın gənc futbolçusu zədələndi

“Real”ın gənc futbolçusu zədələndi

İspaniya təmsilçisi “Real”ın (Madrid) futbolçusu Franko Mastantuonoda zədə aşkarlanıb. Primeinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı vingerə xroniki qasıq zədəsi olan pubalji diaqnozu qoyulub. Daha əvvəl eyni diaqnoz “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamala da qoyulmuşdu.

"Qarabağ"-"Çelsi" oyununun hakimləri AÇIQLANDI

"Qarabağ"-"Çelsi" oyununun hakimləri AÇIQLANDI

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununun təyinatları müəyyənləşib. Primeinfo.az-a məlumatına görə, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Sebastian Gishamer olacaq.

"Zirə"  Premyer Liqada qələbə qazandı

"Zirə"  Premyer Liqada qələbə qazandı

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Zirə” səfərdə “Karvan-Yevlax”la qarşılaşıb. Primeinfo.az xəbər verir ki, gərgin keçən matçda Rəşad Sadıqovun komandası 3:2 hesablı qələbəyə sevinib. 10-cu tur 1 noyabr (şənbə) 14:00.

FIFA buna görə İsveç Futbol Assosiasiyasını cərimələdi

FIFA buna görə İsveç Futbol Assosiasiyasını cərimələdi

FIFA İntizam Komitəsi İsveç Futbol Assosiasiyasını 60 min kron (6,350 ABŞ dolları) məbləğində cərimələyib. Primeinfo.az xəbər verir ki, buna, millinin azarkeşlərinin uyğunsuz davranışları səbəb olub. Belə ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İsveç – İsveçrə matçında yerli azarkeşlər rəqib komandanın himni səsləndirilərkən tribunadan fit səsləri ucaldıblar.

"Qarabağ" X turda qələbə qazandı – hesab 2:0

"Qarabağ" X turda qələbə qazandı – hesab 2:0

“Qarabağ” Misli Premyer Liqasının X turunda “İmişli”yə qalib gəlib. Primeinfo.az-ən məlumatına görə, “Azərsun Arena”da keçirilən qarşılaşma Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə bitib. Qolları Abdullah Zubir (52) və Emanuel Addai (82) vurublar.

“Qarabağ” – “Çelsi” oyunu üçün 27 mindən çox bilet satılıb

“Qarabağ” – “Çelsi” oyunu üçün 27 mindən çox bilet satılıb

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 27 250 bilet satılıb. Bu barədə Primeinfo.az-a Ağdam klubundan məlumat verilib. Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Real Madrid UEFA-dan 4,5 milyard avro tələb edir

Real Madrid UEFA-dan 4,5 milyard avro tələb edir

  Madridin “Real” klubu Avropa Super Liqasının təşəbbüskar şirkəti olan “A22 Sports Management” ilə birlikdə UEFA-ya qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır. Primeinfo.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Bildirilib ki, “Real Madrid” və “A22” təşkilatı UEFA-nı 4,5 milyard avro məbləğində vurulmuş zərərin ödənilməsini tələb etməklə məhkəməyə verməyə hazırlaşır.

"Yuventus"un yeni baş məşqçisi BƏLLİ OLDU

"Yuventus"un yeni baş məşqçisi BƏLLİ OLDU

Luçano Spalletti İtaliya təmsilçisi “Yuventus”un baş məşqçisi təyin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Messiyə yerli çempionatda çıxış etməyə icazə verilmədi

Messiyə yerli çempionatda çıxış etməyə icazə verilmədi

    Səudiyyə Ərəbistanı Argentina millisinin futbolçusu Lionel Messiyə milli çempionatda oynamaq üçün icazə verməyib. Primeinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” radiosu məlumat yayıb. Mənbənin məlumatına görə, Messi “İnter Mayami” (ABŞ) klubunun iştirak etdiyi MLS liqasındakı fasilə dövründə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib.

Tanınmış futbolçu  “Neftçi”yə gəlmək istəyir

Tanınmış futbolçu  “Neftçi”yə gəlmək istəyir

“Fənərbağça”nın futbolçusu Cenk Tosun karyerasını Azərbaycanda davam etdirə bilər. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbul klubunda baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas heyətdən kənarlaşdırılan 34 yaşlı hücumçu özünə yeni komanda axtarır. Türkiyə millisinin sabiq üzvü “Neftçi”yə keçmək istəyir.