Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Fransa-Azərbaycan oyununun azərbaycanlı azarkeşlər üçün biletləri satışa çıxarılıb DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin Fransa və Ukrayna ilə səfər oyunlarının azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulan biletləri satışa çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Fanatlar biletləri iTicket.az-da onlayn şəkildə əldə edə bilərlər.
AFFA İntizam Komitəsi “Sabah” klubunu 11 700 manat cərimələyib. Primeinfo.az xəbər verir ki, buna Misli Premyer Liqasının VI turunda “Sumqayıt”la matçda yaşananlar səbəb olub. Oyununun gedişində işıq söndüyünə görə qarşılaşma 20 dəqiqə gecikdiyi üçün “Sabah” 1000 manat cərimə olunub.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib: 1-ci liqada III turun “Baku Sportinq” – “’Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilib. MOİK – “’Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilib.
“Mançester Yunayted” rəhbərliyi gələn ilin yayında heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır. Primeinfo.az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” üç futbolçunu satış siyahısına daxil edib: Ceydon Sanço, Kazemiro və Tayrel Malasiya. Hər üç oyunçunun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
“Neftçi” növbəti transferini rəsmiləşdirib. Klubdan Primeinfo.az-a verilən məlumata görə, nigeriyalı futbolçu İfeanyi Metyu “ağ-qaralar”la anlaşıb. 28 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə bağlanıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununun biletləri bu gündən satışdadır. Primeinfo.az xəbər verir ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq oyunun bilet qiymətləri 5-500 manat arasında dəyişir. Standart biletlərin qiyməti: 5, 10, 30, 40, 50, 75 AZN VIP sektorlar: 150, 200, 250 AZN VVIP sektorlar: 500 AZN Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər.
AFFA İntizam Komitəsi “Sabah”, “Qarabağ” və “Araz-Naxçıvan” klublarını cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. 21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 17.7); 21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilsin (maddə 52.5); 20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır.
“Real”ın müdafiəçisi Din Heysenin agenti Ali Barat, futbolçunun Madrid klubuna keçməzdən əvvəl başqa hansı klublardan təklif aldığını açıqlayıb. Primeinfo.az Komanda.az-a istinadən xəbər verir ki, o, bir neçə klubun adını çəkib: “Həmişə “Real”ın bizim üçün gələcəyini düşünürdük. Heysen əla oyunçudur və milli komanda ilə iki matçdan sonra Madrid klubu bizimlə əlaqə saxladı və hər şey ondan sonra çox sürətlə baş verdi.